Əmlak CRM: müştərilər, tələblər və elanlar bir yerdə
Hər zəngi, WhatsApp yazışmasını və müraciəti itirmədən müştəri kartına çevirin. Müştərinin tələbinə uyğun elanları görün, tapşırıq və xatırlatmalarla heç bir görüşü unutmayın.
Excel və qeyd dəftəri niyə yetmir
Müştəri sayı artdıqca kim nə axtarırdı, kimə nə vaxt zəng etmək lazım idi, hansı elanı göstərmişdiniz, yadda saxlamaq çətinləşir. Əmlak CRM bunu bir yerdə saxlayır: müştəri, onun tələbi, ona göstərilən elanlar və növbəti addım.
əmlakagenti CRM ayrıca proqram deyil, saytınız və mesajlarınızla eyni paneldədir. Saytdan gələn müraciət və ya WhatsApp yazışması bir kliklə müştəri kartına çevrilir.
İmkanlar
- Müştəri kartları: növ, mərhələ, temperatur və teqlər
- Tələblər: rayon, büdcə, otaq və uyğun elanlar
- Satış mərhələləri lövhəsi
- Tapşırıqlar və vaxtında xatırlatmalar
- Təqvimə abunə: Google və iPhone təqvimi
- Saytdan, canlı çatdan və mesajlardan avtomatik əlavə
- Scraper siyahılarını müştəriyə bağlamaq
- Qeydlər və bütün tarixçə bir kartda
Qiymət müqayisəsi
əmlakagenti CRM
9 AZN/ay, agentlik üçün bir abunə.
Bitrix24
5 nəfər üçün təxminən 40-117 AZN/ay.
amoCRM, Kommo
nəfər başına 10-77 AZN/ay.
ABŞ əmlak CRM-ləri
ayda 70-850 AZN.
Necə başlamaq
- 1
Qeydiyyatdan keçin
Pulsuz sayt və panel avtomatik yaranır.
- 2
CRM pluginini qoşun
Marketplace-də 9 AZN/ay.
- 3
Müştəriləri əlavə edin
Əl ilə, saytdan və mesajlardan.
- 4
Tələb yazın
Uyğun elanları və növbəti addımı izləyin.
Tez-tez verilən suallar
CRM-in qiyməti nə qədərdir?
9 AZN/ay. Abunə bütün agentlik üçündür, işçilərin panelə girişi Komanda plugini ilə olur.
WhatsApp yazışmaları CRM-ə düşür?
Bəli, WhatsApp və ya Telegram plugini qoşulubsa, yazışmadan bir kliklə müştəri yaratmaq olur. İstəsəniz avtomatik əlavə də açılır.
Xatırlatmalar necə gəlir?
Paneldə və mobil tətbiqdə bildiriş kimi. Təqvim lentini Google və ya iPhone təqviminə də qoşmaq olur.
Məlumatları Excel-dən köçürmək olar?
Hazırda müştərilər paneldə əl ilə və ya müraciətlərdən avtomatik əlavə olunur. Böyük köçürmə lazımdırsa, bizə yazın.
Bunlar da maraqlı ola bilər
Əmlak işini bir paneldən idarə edin.
Pulsuz sayt açın, lazım olan alətləri sonra əlavə edin.
İndi başla