Komanda

Əmlak agentliyi üçün komanda idarəetməsi

Hər agentə öz girişini verin: elanlar, müraciətlər və mesajlarla işləsinlər, sayt ayarları və ödənişlər isə yalnız sizdə qalsın. Nəfər çoxaldıqca bir nəfərin qiyməti ucuzlaşır.

Bir hesab, bir neçə agent

Agentlikdə hər kəs eyni şifrə ilə girəndə kimin nə etdiyi bilinmir, işçi gedəndə isə şifrəni dəyişmək lazım gəlir. Komanda plugini ilə hər işçinin öz e-poçtu və şifrəsi olur.

Pulsuz planda hesabda 2 nəfər var: siz və bir işçi. Daha çox nəfər üçün Komanda plugini qoşulur, ən azı 3 nəfər.

Qiymətlər

Nəfər sayıNəfər başına aylıq
3-711 AZN
8-148 AZN
15-246 AZN
25-495 AZN
50+4 AZN

İmkanlar

  • Hər işçinin öz girişi
  • İşçilər elan, müraciət və mesajlarla işləyir
  • Sayt ayarları, ödənişlər və marketplace yalnız sahibdə
  • Bir hesaba eyni anda bir cihazdan giriş
  • İşçini bir kliklə silmək və ya şifrəsini dəyişmək
  • 12 ay birdən ödəniləndə 20% endirim

Tez-tez verilən suallar

Pulsuz planda neçə nəfər işləyə bilər?

2 nəfər: hesabın sahibi və bir işçi. Daha çox nəfər üçün Komanda plugini lazımdır.

Scraper və CRM hər işçi üçün ayrıca alınır?

Xeyr, pluginlər bütün agentlik üçün bir abunədir. İşçilər öz girişləri ilə onlardan istifadə edir.

İşçi başqa cihazdan girsə nə olur?

Hər hesaba eyni anda yalnız bir cihazdan girmək olar, yeni girişdə əvvəlki cihazdan avtomatik çıxış edilir.

Əmlak işini bir paneldən idarə edin.

Pulsuz sayt açın, lazım olan alətləri sonra əlavə edin.

İndi başla