Rieltor və agentlik üçün sayt

Əmlak saytı yaratmaq: rieltor və agentlik üçün pulsuz sayt

Öz əmlak saytınızı bir neçə dəqiqəyə açın: elanlar, axtarış, xəritə və müraciət forması hazırdır. 10 elana qədər pulsuzdur, proqramçı və hostinq lazım deyil.

Niyə öz saytınız olmalıdır

Portallarda elanınız minlərlə başqa elanın arasında itir və müştəri sizi yox, elanı xatırlayır. Öz saytınızda isə hər elan sizin adınızla, nömrənizlə və brendinizlə görünür, müştəri birbaşa sizə yazır.

Bakıda veb-studiyalar sadə sayt üçün 800-4 500 AZN istəyir, üstəlik hostinq və domen ayrıca ödənilir. əmlakagenti-də sayt qeydiyyatla avtomatik yaranır və 10 elana qədər pulsuzdur.

Saytda nə var

  • Elan kartları, şəkil qalereyası və xəritə
  • Rayon, qiymət, otaq və növ üzrə axtarış
  • Müraciət forması və bir kliklə WhatsApp
  • Azərbaycan, rus, ingilis və türk dilləri
  • Mobil telefonda rahat görünüş
  • Axtarış sistemləri üçün hazır: sitemap, strukturlaşdırılmış məlumat, sürətli səhifələr
  • Öz domeninizi qoşmaq imkanı
  • Scraper-dən tapdığınız elanı bir kliklə sayta köçürmək

Necə açılır

  1. 1

    Qeydiyyatdan keçin

    Ad, e-poçt və sayt ünvanını seçin.

  2. 2

    Loqo və rəngləri qoyun

    Sayt ayarlarında brendinizi yazın.

  3. 3

    İlk elanı əlavə edin

    Şəkillər, qiymət, ünvan və təsvir.

  4. 4

    Linki paylaşın

    Instagram, WhatsApp və vizit kartında.

Qiymətlər

PlanQiymətQeyd
Pulsuz saytPulsuz10 elana qədər
50 elan6 AZNbir dəfəlik
125 elan10 AZNbir dəfəlik
250 elan14 AZNbir dəfəlik
500 elan20 AZNbir dəfəlik
Limitsiz elan30 AZNbir dəfəlik
Öz domen7 AZN-dənaylıq
Fərdi dizayn259 AZNbir dəfəlik

Alternativlərlə müqayisə

Veb-studiya

800-4 500 AZN bir dəfəlik, üstəlik hostinq 4-12 AZN/ay və .az domen ildə 45 AZN.

Tilda, Wix

17-68 AZN/ay, əmlak elanları üçün hazır struktur yoxdur.

əmlakagenti

pulsuz başlanğıc: elanlar, axtarış, müraciətlər və panel hazırdır.

Tez-tez verilən suallar

Sayt həqiqətən pulsuzdur?

Bəli. 10 elana qədər sayt tamamilə pulsuzdur. Daha çox elan üçün bir dəfəlik paket alırsınız: 50 elan 6 AZN, limitsiz 30 AZN.

Öz domenimi qoşa bilərəm?

Bəli. Öz domen plugini ilə saytınız agentlik.az kimi öz ünvanınızda açılır, SSL avtomatik qurulur. Qiymət 7 AZN/ay-dan.

Proqramlaşdırma bilmək lazımdır?

Xeyr. Bütün ayarlar paneldədir: loqo, rənglər, menyu, əlaqə məlumatları və elanlar.

Sayt Google-da görünəcək?

Sayt axtarış sistemləri üçün hazırlanıb: hər elanın öz səhifəsi, sitemap və strukturlaşdırılmış məlumat var. Mövqe isə elanların sayından, məzmundan və başqa saytlardan gələn linklərdən asılıdır.

Əmlak işini bir paneldən idarə edin.

Pulsuz sayt açın, lazım olan alətləri sonra əlavə edin.

İndi başla